Ev alanlardan gəlir deklarasiyası tələb olunmalıdır?

İQTİSADİYYAT
21:33 / 15.01.2024
310

Daşınmaz əmlak bazarında alıcılar üçün problemlər yaranıb. Belə ki, ev, mənzil, bağ sahəsi və s. almaq istəyən vətəndaşlardan yazılı deklarasiya tələb olunur.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a açıqlamasında bildirib ki, son günlər daşınmaz əmlak sahəsində, əmlak bazarında və sosial şəbəkələrdə notariuslarda rəsmi deklarasiya tələbi ilə bağlı xəbərlər yayılıb və bu, böyük ajiotaja səbəb olub: 

"Məlumat üçün deyim ki, alıcı notariusun suallarını şifahi cavablandırdıqdan sonra artıq alqı-satqı baş tutur. Qanunvericiliyə əsasən böyük məbləğdə pul dövriyyəsi olarsa, onda pulun mənbəyi barədə soruşulur. İpoteka kreditləri və bank kreditləri ilə mənzil alarkən, yaxud vətəndaşın digər bank hesabında böyük pul vahidi olduqda, həmin bank hesabından notarius hesabına pul köçürülsə, pulun mənbəyi soruşulmur. Yalnız pul nağd şəkildə gətirildikdə, pulun mənbəyi haqqında şifahi olaraq sorğu baş tutur". 

Sevinc

0