Aydın Hüseynov: “Azərbaycanda güclü sabitlik turistlərin təhlükəsizliyinə təminat verir”

İQTİSADİYYAT
15:00 / 16.01.2024
243

“A3M” beynəlxalq monitorinq şirkəti turistlərin səyahətləri üzrə “2024 Risk Xəritəsi” yayımlayıb.

 "Çox yüksək risk”, “yüksək risk”, “artan risk”, “kiçik risk” və “çox aşağı riskli ölkələr” olmaqla beş fərqli kateqoriya üzrə yaradılan risk xəritəsində Azərbaycan “artan risk” ölkələri arasında göstərilib.

Azərbaycanın yerləşdiyi kateqoriyaya aid ölkələr üçün qeyd edilib ki, səyahətçilər5 artan risklərlə üzləşirlər, lakin ölkəyə regiona səyahət edərkən əlavə tədbir görməyə ehtiyac yoxdur.

7Geniş yayılmış zorakı cinayətlər səbəbindən təhlükəsizlik vəziyyəti gərgin ola bilər və ya əhəmiyyətli sağlamlıq riskləri, təbii təhlükələr və ya digər xüsusi risklər ola bilər. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq ⁷komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanın turizm baxımından riskli ölkələr sırasına daxil ⁷edilməsi birbaşa qərəzli mövqedir. Azərbaycanda daxili sabitlik möhkəmdir, təhlükəsizlik çox güclüdür, ona görə də, belə hesabatlar qeyri-ciddi hesab edilə bilər.  

Millət vəkilinin fikrincə, Azərbaycanın əlverişli coğrafi şəraiti, əsrarəngiz təbiət müxtəlifliyi, dünya standartlarına cavab verən istirahət mərkəzləri, müasir otelləri, gəzməli və görməli yerləri turimzim inkişafında mühüm rol oynamaqdadır. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyard 900 minə yaxın turist gəlib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur. Bu dövrdə Avropadan gələnlərin sayındakı artım da davam edib. Bu da ölkəmizin siaysi və ictimai sabitlik baxımından əlverişli ölkə olmasını təsdiq edir. Proqnzolara görə, yaxın illərdə ölkəmizə səyahət edəcək turistlərin sayı 3 milyon nəfəri ötəcək. Hazırda işğaldan azad olunan torpaqlarda turizm sənayesi yaradılmaqdadır. Suqovuşanda müasir turizm infrastrukturları formalaşdırılır. Turistlər üçün ən zəruri şərtlərdən biri rahat və daha az vaxtı təmin edən yol infrastrukturudur. 

Bu baxımdan Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları Qarabağın turizminə açılan qapısı olacaq.

Sevinc

0