Azərbaycanlılar ən çox hara səyahət edir: Avropa, yoxsa Asiya? 

İQTİSADİYYAT
11:50 / 22.01.2024
326

"Bu gün Azərbaycan hüdudlarından kənara gedən turistlərin sayının artması ölkə iqtisadiyyatının inkişafından xəbər verir". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında bildirib. 

O qeyd edib ki, Azərbaycandan birbaşa Avropa ölkələrinə də reyslər həyata keçirilir:

"Bakıdan Milana, Romaya, Parisə, Vyanaya, Berlinə, Praqaya, Budapeştə və digər şəhərlərə uçuşlar həyata keçirilir. Bəzi Avropa ölkələrində isə Azərbaycan vətəndaşları üçün şengen vizasının tətbiq edilir və bu vizaların verilməsində müəyyən qədər çətinliklər yaranır. Ona görə də Azərbaycandan Avropaya turist axınında müəyyən geriləmələr müşahidə olunur".

342205

Lakin ekspert diqqətə çatdırıb ki, başda Çin olmaqla Asiya ölkələri ilə viza rejimi daha asandır:

"Yəni Azərbaycan vətəndaşları üçün sözügedən ölkələrdən daha rahat viza almaq imkanı yaranıb. Bu da vətəndaşlarımızın Asiya ölkələrinə rahat şəkildə gedib-gəlmələrini təmin edir. Həmçinin, ölkəmizdə Dubaya və Dohaya da təlabat çoxdur. Ona görə də əlavə reyslər açılıb". 

Rəhman Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanın dünya arenasında layiqli yerini təmin edib:

"Hazırda da dünyanın hər yerində Azərbaycan pasportunun gücləndirilməsi üzrə mühüm işlər gedir. Yaxın 5 ildə Azərbaycan pasportunun reytinq siyahısında daha yuxarı pillələrə çıxmasının şahidi olacağıq".

Pərviz

0