Aydın Hüseynov: "Dünya Bankının COP29-a dəstək verməsi ölkəmizdə “yaşıl enerji”yə sərmayə cəlbedicliyini artıracaq"

İQTİSADİYYAT
22:54 / 22.01.2024
248

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Dünyanın ən böyük beynəlxalq konfransında 180-dən çox dövlətin nümayəndəsi iştirak edəcəyi üçün bu tədbir nəhəng yüksək səviyyəli tədbir hesab oluna bilər. 

Eyni zamanda, bu, etibarlı tərəfdaş mövqeyi ölkəmizin kifayət qədər siyasi nüfuzundan irəli gələrək , hörmət əsasında formalaşır. Azərbaycan ən böyük siyasi və iqtisadi platformalarda rəhbər orqanlarda təmsil olunması ölkəmizə olan rəğbətdən qaynaqlanır. Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycan üçün həm də siyasi baxımdan önəm daşıyır".

Bu barədə Hit.az-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. 

Millət vəkili qeyd edib ki, bu Zirvə konfransı imkan verəcək ki, dünya ictimaiyyətinin diqqəti iki həftə ərzində ölkəmizə və ölkəmiz vasitəsilə Cənubi Qafqaza fokuslansın:

"Bu gün Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan COP29-un nüfuzlu platforması çərçivəsində beynəlxalq birliyə, tərəfdaşımız olan qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımıza da göstərə biləcək ki, yaşıl enerji ilə bağlı layihələr və yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətində prioritet sahələrdən biridir.  Bu siyasət nəticə etibarilə Avropadakı tərəfdaşlarımızın maraqlarına xidmət edir. Bu cür yüksək səviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə sarsılmaz inam və bağlılığı, müstəqillik seçiminə sədaqəti dayanır".

A.Hüseynov bildirib ki, Dünya Bankının COP29-a dəstək verməsi DB ilə Azərbaycan arasında faydalı münasibətlərin növbəti təzahürü sayıla bilər:

"Bu gün DB “Yaşıl iqtisadiyyat” böyük önəm verir, sərmayələr cəlb edir. Xüsusilə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumlarla sıx əməkdaşlıq edir, iqlim dəyişmələrinə həsr edilmiş konfranslara dəstək verir. Azərbaycanın da hədəfləri bu istiqamətə yönəlib, “yaşıl iqtisadiyyat” qurucluluğu istiqamətində davamlı proqrmalara start verilib, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ona görə də DB-nin bu sahədə ölkəmizlə prioritetlər üst-üstə düşür".

  1. Sevinc
0