Bankların "qara siyahısı"ndan çıxmaq olar?

İQTİSADİYYAT
19:19 / 27.02.2024
430

“Problemli kreditlər hələ də bankların işinə öz təsirini göstərir”. 

Bu sözləri Hit.az-a bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, bankların mərkəzləşdirilmiş kredit reysteri var. Yəni hər bir şəxsin kredit taxiçəsi mövcuddur. O tarixçəni dəyişmək olmaz: 

“Siz nə vaxtsa bankda problem yaşamısınızsa, bu faktdır və dəyişmək olmaz. Amma bu o demək deyil ki, bank həmin şəxsə kredit verə bilməz. Qanunda belə məhdudiyyət yoxdur. Bank buna özü baxıb, qərar verir ki, sizə yenidən kredit vermək olar, ya yox. "Qara siyahı"ların ləğv edilməsi tarixi silmək deməkdir, bu da mümkün deyil”.

Sevinc

0