Bankdan kredit alanda bunu təbii ki, müəyyən faizlə geri ödəməli oluruq.
Hər ay müntəzəm şəkildə həm əsas məbləği, həm də hesablanmış faizi vaxtında geri qaytarmağa çalışırıq. Bəzən faiz ödənişləri çox olmasın deyə insanlar borcu imkan daxilində tez ödəməyə çalışırlar. Belə olan halda bank müştəriyə güzəşt edirmi?
Borcunu vaxtından tez ödəyən şəxs faizi ödəməyə davam etməlidir?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı Samirə Kazımova bildirib ki, müştəri krediti vaxtından əvvəl ödədikdə , həmin vaxtdan hesablanan bütün faiz borcları sıfırlanmalıdır:
“Bəzən müştərilər banka əsas borcunun bir qisminin ödənilməsi ilə bağlı müraciət edirlər. Belə olanda bank aylıq ödənişlərin məbləğinin azaldılmasını təklif edir. Qanunla müştərinin öz borcunu vaxtından əvvəl ödəmək hüququ var və kreditor bundan imtina edə bilməz. Borcu vaxtından əvvəl versəniz , belə faiz ödəmələri olduğu kimi qalacaq. Bütün bunlar kredit alarkən imzalanan sənəddə öz əksini tapır. Lakin demək olar ki, heç kim o sənədləri imzalayarkən oturub diqqətlə oxumur. Müştəri borcunu vaxtında ödədikdə həmin an üçün olan qalıq borcunu və faizini ödəməlidir. Tutaq ki, 3 il müddətinə borc alıb, bir ilə qaytarıb. O, yalnız bir il ərzində ona hesablanmış faizləri ödəyir".
Murad