Fermerlər çərəzlərin saxlama texnologiyasına əməl etmir

İQTİSADİYYAT
21:37 / 14.10.2024
143

“Fermerlər çərəzlərin yetişdirilmə və saxlama texnologiyasına tam şəkildə əməl edilmir.

Fermerlərin böyük əksəriyyəti bu texnologiyanı demək olar ki, mənimsəməyib”.

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, saxlama texnologiyasına düzgün riayət edilməyəndə məhsulda xəstəlik yaranır. Bu xəstəliklərdə ixrac zamanı üzə çıxır:

 “Azərbaycan fındığının böyük hissəsi Avropa ölkələrinə ixrac olunur. Son açıqlanan statistik rəqəmlərdə fındıq ixracı azalması göstərilir.  İxracın azalmasının bir səbəbi də saxlama şəraitinə standartlara uyğun şəkildə əməl  edilməməsidir. İxrac olunan fındığın xeyli hissəsi sərhəddən geri qayıdır. Səbəb isə məhsulun lazımi qaydada saxlanılmamasıdır”.

Sevinc

0