Türk lirəsi dollar qarşısında bahalaşa bilər? - PROQNOZ

İQTİSADİYYAT
14:26 / 31.10.2024
242

"Türk lirəsinin dollar qarşısında dəyər qazanma ehtimalı yüksək deyil".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən də bəhs edib edib:

"Çünki bu, Türkiyəyə sərf etmir. Ona görə də lirə dollar qarşısında dəyər qazansa belə, onun ucuzlaşması üçün addım atacaqlar. Türkiyə iqtisadiyyatı ixracyönümlü iqtisadiyyatdır. Bu səbəbdən də Türkiyə lirənin dollar qarşısında yavaş-yavaş ucuzlaşmasında maraqlıdır. Yəni bu, onların özünün seçdiyi strategiyadır".

361286

Mütəxəssis qeyd edib ki, Türkiyə iqtisadiyyatı üçün ən yaxşı vəziyyət lirənin nisbətən stabil qalmasıdır:

"Yəni lirənin dollara qarşı ucuzlaşma sürətinin zəif olması Türkiyə üçün sərf edir. Üstəlik, qardaş ölkənin lirəni daima stabil saxlamaq üçün rezervi də yoxdur. Türkiyəyə xam mal, enerji xaricdən idxal olunur. Türk lirəsinin dollar qarşısında ucuzlaşması türk məhsullarının ixracını stimullaşdırır. Onların qiymət rəqabət qabiliyyətini artırır".

Xaliq Kərimlinin proqnozuna əsasən, bütün bu səbəblərə görə lirənin yaxın zamanda dollar qarşısında bahalaşması gözlənilmir:

"Lirənin dollar qarşısında bahalaşması üçün Türkiyəyə ciddi turizm axını olmalı, habelə enerji və əmtəə qiymətləri kəskin ucuzlaşmalıdır. Bunlar isə hələlik gözlənilmir. Ona görə də inflyasiya azalsa da, türk lirəsi cüzi şəkildə ucuzlaşmağa davam edəcək".

Pərviz

0