Azərbaycan üzüm ölkəsi olsa da, kişmiş idxalı artır - SƏBƏB

İQTİSADİYYAT
20:15 / 05.11.2024
170

Quru meyvələr siyahısına aid olan kişmişə tələbat hər zaman yüksək olub.

Mütəxəssislərin bildirdiyinə görə, digər çərəzlərlə müqayisədə kişmişin kalori dəyəri daha yüksəkdir.

Bu gün də mətbəximizdə gündəlik olaraq, kişmişdən geniş istifadə olunur. 

Amma təəssüflər olsun ki, Azərbaycana kişmiş daha çox xarici ölkələrdən idxal olunur. 

Maraqlıdır, ölkəmizdə üzüm istehsalı geniş olduğu halda, kişmiş niyə hələ də idxal olunur?

İqtisadçı Kamran Məmmədli Hit.az-a deyib ki, kişmiş elə bir məhsuldur ki, dünya bazarında ona tələbat çox böyükdür. Qiymətlər də kifayət qədər yüksəkdir:

 "Üzümün qurudulması çox əziyyətli və maya dəyəri baha olan prosesdir.  Bunun üçün xüsusi texnologiya tələb olunur. Bu müəssisələr ölkəmizin müxtəlif rayonlarında yaradıla bilər. Çünki, əksər rayonlarda üzümçülük sahələri mövcuddur. Digər tərəfdən, fermerlərin təşkilatlanmasına, bu sahədə maarifləndirmə işinin aparılmasına  ehtiyac var".

Sevinc

0