Dövlət əmlaklarının qiymətləndirilməsi həyata keçiriləcək - 640 min manatlıq layihə

İQTİSADİYYAT
21:26 / 12.11.2024
167

2025-ci ildə dövlət əmlkalarının qiymətləndirilməsi həyata keçiriləcək. 

Qaynarinfo-nun məlumatına görə, layihə bütün ölkəni əhatə edəcək. Yəni, təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən dövlət əmlakları da qiymətləndiriləcək. 

Artıq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bununla bağlı satınalma müsabiqəsi elan edib. Müsabiqə dekbarın 3-nədək davam edəcək. Satınalma predmetinin ehtimal olunan qiyməti 642 746 manatdır. 

Layihə çərçivəsində dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılacaq səhmdar cəmiyyətlərinin və məhdud məsuliyyətli cəmiyyətlərinin nizamnamə kapitalının müəyyən edilməsi, kiçik dövlət müəssisə və obyektlərinin, o cümlədən daşınar dövlət əmlaklarının, özəlləşdirilməsi və ya icarə verilməsi nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələrinin və nəqliyyat vasitələrinin qiymətləndirilməsi nəzərdə tutulur. 
 

0