Bu il kafe və restoranlarda 630 mln. manat xərclənib

İQTİSADİYYAT
18:01 / 17.04.2026
47

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 630 milyon manat olub.

HİT.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9 faizi hüquqi şəxslərin, 50,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb

Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 312,2 milyon manat təşkil edib.

0