Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO

İQTİSADİYYAT
14:12 / 28.04.2026
94
"Bakı Metropoliteni” QSC-də kadr dəyişikliyi olub.
 
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib. 
 
Məlumat İqtisadiyyat.az-a "Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.
 
Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə Azərbaycan Dəmir Yolları QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.
 
0