Nəsimi Rayon İcra Hakimiyyəti balansında olan iki minik avtomobilinin satışı ilə bağlı hərrac elan edib.
Hit.az xəbər verir ki, hərrac 2026-cı il avqustun 25-də keçiriləcək. Satışa 1999-cu il istehsalı QAZ-3102 və 2003-cü il istehsalı Nissan Maxima markalı minik avtomobilləri çıxarılacaq.
Məlumata görə, QAZ-3102 avtomobili üçün ilkin satış qiyməti 1 000 manat, Nissan Maxima üçün isə 4 500 manat müəyyən edilib.
Abbas


