Füzuli Rayon İcra Hakimiyyəti mənzil fondunda aparılacaq əsaslı təmir və abadlıq işləri ilə bağlı satınalma müsabiqəsini başa çatdırıb.
Hit.az xəbər verir ki, müsabiqənin qalibi "VNM İnşaat" MMC olub. İşlərin ümumi dəyəri 48 327,99 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dövlət reyestr məlumatlarına əsasən, "VNM İnşaat" MMC 13 mart 2023-cü ildə qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 10 manat göstərilir.
Müəssisənin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 15 ünvanında qeyd olunub. Şirkətin qanuni təmsilçisi isə Nağıyev Vüqar Məhəmməd oğludur.
Abbas


