"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi

İDMAN
22:30 / 05.09.2026
152

Misli Premyer Liqasında 4-cü tur davam edir. 

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Günün ilk oyununda “Sabah” öz meydanında “Zirə”ni qəbul edib. Matç "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "Sabah" 9 xalla liderliyə yüksəlib. Valdas Dambrauskasın komandası rəqibi ilə müqayisədə bir oyun az keçirib. 

Digər matçda isə “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkib. Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 3 turdan sonra “ağ-qaralar” 9 xalla liderlər sırasına qoşulub, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

 

Misli Premyer Liqası

IV tur

5 sentyabr (şənbə)

20:30. “Neftçi” - “Şəfa” - 4:1

Qol: Rüfət Abbasov, 35 (1:0), Murad Musayev, 48 (1:1), Alen Şkribek, 64 (2:1), 66 (3:1), Breno Almeyda, 78-pen. (4:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov

VAR: Fərid Hacıyev 

AVAR: Cəmil Quliyev

“Palms Sports Arena”

 

18:30. “Sabah” - “Zirə” - 5:0

Qollar: Velko Simiç, 7, Coy Lens Mikels, 13-pen; 30, Kristian Nvaçukvu, 51, Coy Lens Mikels, 57

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev

VAR: Tural Qurbanov 

AVAR: Asiman Əzizli

“Bank Respublika Arena”

0