Astroloji proqnozlara görə, qarşıdakı aylarda bəzi bürclərin uzun müddətdir arzuladığı məqsədlərə çatmaq üçün daha cəsarətli addımlar atacağı iddia olunur. Astroloq Eleonoranın fikrincə, xüsusilə Tərəzi, Xərçəng, Qoç və Oğlaq nümayəndələri öz istəklərini başqalarının gözləntilərindən üstün tutmağa başlayacaqlar.
HİT.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.
Astroloqun şərhinə əsasən, Oğlaq bürcündə yerləşən Lilith bu insanlara ambisiyalarını daha açıq ifadə etmək, şəxsi maraqlarını qorumaq və qərarlarında daha qətiyyətli olmaq üçün stimul verə bilər.
Tərəzi
Tərəzilərin daim başqalarını razı salmaq cəhdindən uzaqlaşacağı bildirilir. Onlar şəxsi sərhədlərini daha ciddi qorumağa və yalnız nəzakət xatirinə istəmədikləri münasibətlərə razı olmamağa meyllənə bilərlər.
Astroloq xüsusilə oktyabrın əvvəlindən etibarən münasibətlərdə şəxsi mövqenin qorunmasının vacib olacağını qeyd edir. Tərəzilərin başqalarının rahatlığı naminə öz fikirlərindən geri çəkilməməsi tövsiyə olunur.
Xərçəng
Xərçənglər üçün əsas dəyişiklik münasibətlər sahəsində gözlənilir. Astroloji şərhə görə, onlar özlərinə qarşı hörmətsiz münasibətə və enerjilərini tükədən əlaqələrə əvvəlki kimi dözmək istəməyəcəklər.
Bəzi hallarda Xərçənglər sevdikləri insanla yollarını ayırmaq qərarına gələ bilərlər. Astroloq hesab edir ki, kiməsə qayğı göstərmək həmin şəxslə mütləq yaxın münasibətdə qalmaq anlamına gəlmir. Bu səbəbdən Xərçənglər şəxsi sərhədlərini daha aydın müəyyənləşdirə bilərlər.
Qoç
Qoçların qarşıdakı dövrdə daha düşünülmüş davranacağı iddia edilir. Onlar emosional reaksiyadan əvvəl baş verənlərin səbəblərini təhlil etməyə və hərəkətlərini əvvəlcədən planlaşdırmağa çalışacaqlar.
Bu yanaşmanın Qoçlara qəzəblərini daha yaxşı idarə etməyə və mənasız münaqişələrdən uzaq durmağa kömək edə biləcəyi bildirilir. Eyni zamanda başqalarının fikrinin onların qərarlarına əvvəlki qədər təsir etməyəcəyi qeyd olunur.
Oğlaq
Oğlaqların öz ambisiyalarını məhdudlaşdırmaqdan imtina edəcəyi proqnozlaşdırılır. Astroloqa görə, bu bürcün nümayəndələri sahib olduqları bacarıq və imkanlardan daha açıq şəkildə istifadə edərək böyük hədəflərə yönələ bilərlər.
Oğlaqlara öz istəklərini kiçiltməmək və başqalarının narazılığına görə planlarından vaz keçməmək tövsiyə olunur. Onların uğurunun ətrafdakı bəzi insanların xoşuna gəlməməsinin şəxsi məqsədlərindən geri çəkilmək üçün səbəb olmamalı olduğu vurğulanır.
Samir


