“Azərenerji” kibertəhlükəsizlik səviyyəsini artırır -1,9 milyon manatlıq layihə

İQTİSADİYYAT
18:38 / 27.07.2026
41

“Azərenerji” ASC kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə avadanlıq və həllərin satın alınması ilə bağlı tender keçirib.

Hit.az xəbər verir ki, tenderin qalibi “Prosol” QSC olub.

Şirkətlə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 966 029,01 manatdır.

Müqavilə çərçivəsində mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının qurulması, həmçinin müvafiq avadanlıq və texnoloji həllərin təmin edilməsi nəzərdə tutulur.

Abbas 
 

0