“Mərkəzi Neftçilər Xəstəxanası” Publik Hüquqi Şəxs əsaslı təmir işləri ilə bağlı tenderin qalibini müəyyən edib.
Hit.az xəbər verir ki, xəstəxananın 1-ci mərtəbəsində yerləşən rentgen kabinetlərinin, eləcə də 5-ci mərtəbədəki kardio cərrahiyyə və invaziv radiologiya şöbələrinin əsaslı təmiri üçün keçirilən satınalma müsabiqəsinin qalibi “GUE Group” MMC olub.
Şirkətlə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 832 405,2 manat təşkil edir.
Müqavilə çərçivəsində xəstəxananın qeyd olunan bölmələrində təmir və yenilənmə işlərinin aparılması nəzərdə tutulur.
Abbas


