Təbriz küçəsində 23 milyon manatlıq abadlıq

İQTİSADİYYAT
21:57 / 27.07.2026
44

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin bir hissəsində abadlıq-yenidənqurma işlərinin satın alınması ilə bağlı tenderin qalibini müəyyən edib.

Hit.az xəbər verir ki, tenderin qalibi “Qrand Dizayn Konstrakşn” MMC olub.

Şirkətlə bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 22 966 964,15 manat təşkil edir.

Müqavilə Nərimanov rayonunda Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsini nəzərdə tutur.

Abbas

0