Rusiyada yaşayan azərbaycanlılar daha bir problemlə üzləşiblər.
Belə ki, “Zolotaya Korona” sistemi vasitəsilə Rusiyadan Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə pul göndərmək artıq mümkün deyil. Rusiyada çalışan minlərlə azərbaycanlının bu xidmətdən istifadə etdiyini nəzərə alsaq, yaranmış vəziyyət köçürmə prosesinə hansı dəyişiklikləri gətirəcək?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, bu qərar Rusiyadan Azərbaycana daxil olan pul köçürmələrinin ümumi axınında nəzərəçarpacaq azalma yaratmayacaq:

“Düzdür, Rusiyada yaşayan azərbaycanlılar uzun müddət vəsait göndərmək üçün əsasən “Zolotaya Korona” platformasına üstünlük veriblər. Bununla belə, həmin xidmətin fəaliyyəti məhdudlaşsa da, maliyyə əməliyyatlarını həyata keçirmək üçün başqa vasitələr kifayət qədər mövcuddur”.
Ekspert bildirib ki, bankların təqdim etdiyi köçürmə xidmətləri, eləcə də digər beynəlxalq ödəniş platformaları vasitəsilə Azərbaycana pul göndərilməsi əvvəlki qaydada davam etdirilə bilər. Bu səbəbdən vətəndaşların vəsait köçürməsində ciddi problemlə üzləşəcəyi gözlənilmir.
Günel Cəlilova


