Təhsil sisteminə 645 min manatlıq rəqəmsal xidmət alınır

İQTİSADİYYAT
21:57 / 29.07.2026
42

Təhsil sahəsində idarəetmənin daha da rəqəmsallaşdırılması məqsədilə yeni xidmət satınalınması həyata keçirilib.

Hit.az xəbər verir ki, “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən elan olunan tender üzrə “Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi” (TMAİS) platformasının tətbiqi, istismarı, idarə olunması və inteqrasiyası xidmətlərinin satın alınması nəzərdə tutulub.

Tenderin qalibi “Global Systems” MMC olub. Şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 645 412,8 manat təşkil edib.

Abbas 
 

0