Mingəçevir xəstəxanası 89 min manatlıq tibbi avadanlıq alır

İQTİSADİYYAT
21:18 / 29.07.2026
39

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının yenilənməsi istiqamətində satınalma həyata keçirilib.

Hit.az xəbər verir ki, “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən elan olunan tender üzrə tibbi avadanlıqların satın alınması nəzərdə tutulub.

Tenderin qalibi “Vitta Elmi-Texniki” MMC olub. Şirkətlə bağlanan müqavilənin dəyəri 88 986,16 manat təşkil edib.

Abbas
 

0