Azərbaycanla Böyük Britaniya arasında bu ilin birinci yarısında ticarət dövriyyəsinin həcmi 3,6 milyard dollara çatıb.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,5 dəfə artıb.
Hesabat dövründə Azərbaycan Britaniyadan 146,7 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 3.4 milyard dollar dəyərində olub.


