Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinə başlanılır.
İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.
Məlumata əsasən, Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, qurum abadlıq işlərini “Xəzər-Construction” şirkətinə həvalə edib və onula müqavilə bağlayıb.
Sözügedən işlərin yerinə yetirilməsinə 8 345 142 manat sərf olunacaq.


