2 mərtəbəli şadlıq evini 323 min manata alan olmadı - Qiymət 247 minə düşürülüb

İQTİSADİYYAT
20:39 / 25.11.2026
44

Xəbər verdiyimiz kimi, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən “Orxan” şadlıq sarayının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt ilk hərracda satılmayıb.

Qeyd edək ki, 2 mərtəbədən ibarət obyektin sahəsi 1 197,7 kvadratmetrdir. 8 otaqdan ibarət olan obyektin minimum satış qiyməti ilk hərracda 323 min manat olsa da, obyekt satılmayıb. Dekabr ayında keçiriləcək növbəti hərracda qeyri-yaşayış binası 247 min manatdan alıcılara təqdim ediləcək.

 

0