Bakı metrosuna yeni qatarlar gətirilib

18:14 / 08.06.2020
1031

Bakı, 8 iyun, Elvin Camalov, AZƏRTAC

“Bakı Metropoliteni” QSC-nin bu il üçün sifariş etdiyi 4 yeni qatar Bakıya gətirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ötən il “Metrovaqonmaş” SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır. Qatarlar sazlama, tənzimləmə və sınaq işləri həyata keçirildikdən sonra xəttə buraxılacaq.

0