Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.