Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
HİT.az xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evin mətbəxində baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindəki üçotaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisəyə evin mətbəxində baş vermiş qazsızması səbəb olub.
Evdə kirayə yaşayan 2006-cı il təvəllüdlü Məhrəngiz Məmmədova səhər saatlarında mətbəxdə işığı yandırarkən ani partlayış olub. Hadisə nəticəsində qadın və onun həyat yoldaşı 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, S.Rəhimovla M.Məmmədova yeni ailə həyatı qurublarmış. Onlar bir müddət əvvəl həmin evi kirayələyib və orada yaşamağa başlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.


