Daxili İşlər Nazirliyi paytaxt ərazisində yerləşən orta məktəblərin birində şagirdin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı mediada yayılan iddialara münasibət bildirib.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, qeyd olunan məlumat ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırılıb, iddialar öz təsdiqini tapmayıb.
“Əlavə olaraq bildirirəm ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib” - DİN rəsmisi bildirib.