Qadın ona əxlaqsız deyən kişini bıçaqladı - Məhkəmə hansı qərarı verdi?

HADİSƏ
22:02 / 31.05.2023
497

Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən «Luks Plaza» şadlıq sarayının yaxınlığında dava salan şəxsə hökm oxunub.

Hit.az-ın məlumatına görə, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Lalə (şərti) sözügedən şadlıq sarayının qarşısında Elşən adlı şəxsi bıçaqlayıb.

Elşad izahatında bildirib ki, qonşuluqda yaşayan Altun adlı şəxslə rastlaşmış və ona irad tutaraq məhəllədə əxlaqsız hərəkətlər etdiyini, pozğun qadanları məhəlləyə gətirdiyini bildirib. Çünki o, marketə girən zaman marketin qarşısında tüfeyli həyat tərzi keçirən, pis vərdişlərlə məşğul olan, (narkotik istifadəçisi) məhkumluq həyatı yaşamış Altunun tanışı Laləni görüb. Ona görə də bir böyük, əmi kimi Altuna öz iradını bildirib və “oğlum ayıbdır, bu işlərini yığışdır, sənin də anan-bacın var” deyib.

Elşadla bərabər qonşuluqda yaşayan daha bir nəfər də Altuna iradını bildirib. Bunu eşidən Lalə hər ikisinə əsəbləşərək onlara hücum edib. Nəticədə Elşadı sol çiyin nahiyyəsindən vuraraq xəsarət yetirib. Elşad taksi ilə 3 saylı şəhər xəstəxanasına gedib.

Məhkəminin qərarı ilə Lalə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və ona qəti olaraq 3 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Aydın

0