Ödəmə terminalının qarşısında kişinin gözünü çıxardı

HADİSƏ
10:23 / 01.06.2023
548

Gəncədə ödəmə terminalının qarşısındakı növbəyə görə yaranan mübahisə dəhşətli cinayətə səbəb olub.

HİT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Saat 22 radələrində naməlum şəxs növbəyə görə 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə mübahisə edib.

Həmin şəxs daha sonra E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz alması partlayıb və göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

0