“Pilot Hotel Baku”da çanta oğurlandı

21:00 / 02.06.2023
507

Sənabil rayon "Tarqovı" küçəsində yerləşən “Pilot Hotel Baku”da oğurluq hadisəsi baş verib. 

Hit.az-ın məlumatına görə, hadisəni 1995-ci ildə Bakı şəhər sakini Cavid (şərti) adlı şəxs tərəfindən törədilməsi məlum olub. 

Belə ki, Cavid ifadəsində bildirib ki, Bakı şəhəri, Səbail rayonu, “Tarqovı” adlanan ərazidə dəqiq adını xatırlamadığı kafedə çoxlu spirtli içki qəbul etmiş, özünü pis hiss etdiyi üçün oteldə qalmaq qərarına gəlib. 

Bu səbəbdən “Pilot” otelə daxil olub və resepşnda heç kimin olmadığını görüb tualet axtarıb. Bu zaman giriş hissənin yanında olan otaqlardan birinin qapısı açıq olduğundan ora girmiş və orada stulun üzərində markasını dəqiq xatırlamadığı qara rəngli balaca bir çantanı görmüş, ətrafda insanların olmadığından həmin çantanı götürüb oteldən çıxıb. 

Sözügedən çanta isə oteldə xadimə işləyən Xalidə (şərti) adlı qadının olub.  Cavid ona ümumilikdə 600 manat məbləğində maddi ziyan vurub. 

Məhkəmənin qərarı ilə, Cavid Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2  il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Aydın

0