Qazaxda dörd aylıq hamilə qadın dünyasını dəyişdi - FOTO

HADİSƏ
23:50 / 12.11.2023
566

Qazaxda dörd aylıq hamilə qadın dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, rayonun Daş Salahlı kənd sakini 31 yaşlı Mələk Yusifli əkiz uşaqlara hamilə olub.

Qadının səhhətində problem yaranıb, həkimə müraciət etdikdə hər iki uşağın inkişafdan qaldığı məlum olub.

Hamilə qadın Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qadının 10 ildir övlad həsrəti çəkdiyi, süni mayalanma ilə hamilə qaldığı bildirilib.

0