2 yaşlı Sədəfin ölümündə kimdir günahkar?

19:48 / 27.09.2024
431

Məlum olduğu kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib.

Azyaşlının ürək problemi səbəbindən həyatını itirdiyi barədə məlumatlar yayılıb.

Hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.

Bundan əlavə, uşağın ürəyində hər hansı problem olmayıb.

Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.

Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb.

Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. 

Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, hazırda bağçalarda çalışan müəllim və tərbiyəçilərin sayı yetərincə deyil:

“Nəticədə, uşaqların təhlükəsizliyi risk altına düşür. Bu gün baş verən hadisədə həm bağça heyəti günahlandırılır, həm də valideynlər. Düzdür, hər iki tərəf günahkardır. Uşağın vəziyyətinin yaxşı olmadığını görən bağça müəllimi, tərbiyəçi dərhal həkimə müraciət etməli idi. Onu da deyim ki, hər bir bağçanın özünün həkimi olmalıdır. Uşaq  böğulur, ancaq bağçanın həkimi ortada yoxdur. Heç buna toxunulmur da. Bağçalarda çalışan həkimlər peşəkardırmı, uşaqların sağlığı ilə hər gün maraqlanırlarmı? Valideynin günahına gəlincə, deyim ki, ürəyində qüsur olan uşağı niyə bağçaya qoyursan, gözündən niyə ayırırsan? Valideyn o uşağı niyə vaxtlı vaxtından müayinə etdirməyib? 2 yaşlı Sədəfin ölümü ilə bağlı o qədər suallar var ki… Heyf körpədən”.

Sevinc

0