Meyiti tapılan şəxs bu universitetin tələbəsi imiş - FOTO

HADİSƏ
09:44 / 28.10.2024
74

Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.

Modern.az-ın məlumatına görə, meyiti aşkarlanan şəxsin kimliyi müəyyən olunub.

Meyiti tapılan gənc 2003-cü il təvəllüdlü Siyəzən şəhər sakini Şaiq Elçin oğlu Məmmədov olub. O, Azərbaycan İdman Akademiyasının 4-cü kurs tələbəsi idi.

Hadisə ilə bağlı araşdırma aparılır.

361010

0