Doğum tarixinə görə gizli düşmənlər: Təhlükədən qorunmağın yolları

MARAQLI
19:58 / 12.11.2026
41

İnsan bəzən ona qarşı mənfi münasibət bəsləyən şəxslərin kim olduğunu yaxın çevrəsində belə hiss etməyə bilər. Numeroloqlar iddia edirlər ki, doğum tarixi insanın hansı xüsusiyyətlərinə görə başqalarında qısqanclıq yarada biləcəyini və gizli düşmənlərlə münasibətdə necə davranmalı olduğunu göstərə bilər.

HİT.az xəbər verir ki, bu barədə “Times of India” yazıb.

Numeroloji yanaşmaya görə, hər doğum gününün müəyyən himayəçi planeti var. Həmin planetin insanın xarakterinə və ətrafdakılarla münasibətlərinə təsir etdiyi düşünülür.

1, 10, 19 və 28-də doğulanlar – Günəş

Bu tarixlərdə doğulanlar özünəinamı və güclü xarakteri ilə seçilirlər. Lakin məhz bu xüsusiyyətlər ətrafdakı bəzi insanlarda qısqanclıq və narazılıq yarada bilər.

Numeroloqlar onlara özünəinamın lovğalığa çevrilməsinə imkan verməməyi, lazımsız mübahisələrdən və açıq qarşıdurmalardan uzaq durmağı məsləhət görürlər.

2, 11, 20 və 29-da doğulanlar – Ay

Bu insanlar mehribanlığı və qayğıkeşliyi ilə seçilirlər. Lakin numeroloqlar hesab edirlər ki, onların yaxşı niyyətindən sui-istifadə edən, özünü dost kimi göstərən şəxslər ola bilər.

Belə insanlara hər kəsə kor-koranə etibar etməmək və daxili hisslərinə daha çox diqqət yetirmək tövsiyə olunur.

3, 12, 21 və 30-da doğulanlar – Yupiter

Bu tarixlərdə doğulanların bilikləri, müdrikliyi və başqalarına faydalı məsləhətlər vermək bacarığı bəzən qısqanclıq doğura bilər.

Numeroloqlar onların nüfuzuna xələl gətirmək istəyən insanların ola biləcəyini iddia edirlər. Buna görə də ətrafdakı insanları diqqətlə seçmək və mənfi münasibət göstərən şəxslərdən uzaqlaşmaq məsləhət görülür.

4, 13, 22 və 31-də doğulanlar – Rahu

Numeroloji yozumlara əsasən, bu tarixlərdə doğulanlar gizli düşmənçiliklə daha çox qarşılaşa bilərlər. Bəzi insanların davranışları onların emosional vəziyyətinə təsir göstərə, özlərinə inamlarını zəiflədə bilər.

Xüsusilə dost adlandırdıqları, lakin davranışları ilə daim rahatlıqlarını pozan insanlara qarşı diqqətli olmaları tövsiyə edilir.

5, 14 və 23-də doğulanlar – Merkuri

Ünsiyyət qurmaq bacarığı, cazibədar davranış və tez dostlaşmaq bu insanların əsas xüsusiyyətləri kimi göstərilir. Lakin populyarlıqları bəzi şəxslərdə qısqanclıq yarada bilər.

Numeroloqlar bildirirlər ki, belə insanlar bəzən başqalarının təqlidinə və hətta nüfuzlarına zərər vurmaq cəhdlərinə məruz qala bilərlər. Onlara dost seçimində diqqətli olmaq və hər kəsi yaxın çevrələrinə buraxmamaq məsləhət görülür.

6, 15 və 24-də doğulanlar – Venera

Bu tarixlərdə doğulanlar diqqət mərkəzində olmağı, tərif və rəğbət qazanmağı sevirlər. Lakin daim təsdiq və diqqət gözləmək yaxın münasibətlərdə narazılıq yarada bilər.

Numeroloqlar belə insanlara hind mifologiyasında müdriklik və bilik ilahəsi hesab edilən Sarasvatini yad etməyi tövsiyə edirlər.

7, 16 və 25-də doğulanlar – Ketu

Bu insanlar daha çox tənhalığa üstünlük verir, hər kəsə asanlıqla açılmırlar. Nəticədə ətrafdakılar onları soyuq, qapalı və ya özündənrazı hesab edə bilərlər.

Numeroloqlar yanlış anlaşılmaların qarşısını almaq üçün ünsiyyətdə daha səmimi və mehriban olmağı məsləhət görürlər.

8, 17 və 26-da doğulanlar – Saturn

Məsuliyyətlilik, səmimiyyət və başqalarına kömək etmək istəyi bu insanların əsas xüsusiyyətləri kimi təqdim olunur. Onların uğurları isə bəzi şəxslərdə qısqanclıq yarada bilər.

Numeroloji inanclara görə, belə insanların həyatını hətta dostları, qohumları və ailə üzvləri də diqqətlə izləyə, onlara bənzəməyə çalışa bilərlər.

9, 18 və 27-də doğulanlar – Mars

Cəsarət, qətiyyət və qorxmazlıq bu tarixlərdə doğulanların əsas xarakter xüsusiyyətləri hesab olunur. Güclü iradələri başqalarında heyranlıqla yanaşı, qısqanclıq da yarada bilər.

Numeroloqlar onlara şəxsi sərhədlərini qorumağı və əldə etdikləri uğurlar barədə hər kəslə ətraflı danışmamağı tövsiyə edirlər.

Samir
 

0