Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub.
Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı mişar daşları ilə hörülmüş hasarın altında qalaraq ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


