Ermənistan yeni müharibəyə hazırlaşır? - ŞƏRH

HƏRBİ
11:47 / 13.09.2023
708

Son günlərdə Ermənistanın atdığı addımlar onun sülh danışıqlarından yayındığını göstərir.

Xüsusilə, Baş nazir Nikol Paşinyanın açıqlamalarından bunu daha aydın görmək mümkündür. Üstəlik, Ermənistanın Azərbaycanla şərti sərhədə əsgər və hərbi texnika yığması da diqqət çəkir. Həmçinin, Ermənistanın son zamanlarda Fransa ilə Hindistandan yeni silahlar və hərbi texnikalar aldığını da qeyd etmək lazımdır. Bütün bunlar rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarından yayınmağa çalışdığının bariz nümunəsidir. Hətta Ermənistanın sülh danışıqları aparmaq əvəzinə, yeni müharibəyə hazırlaşdığı da görünür.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ermənistanın müharibə aparmaq üçün nə hərbi gücü, nə də iqtisadi potensialı yoxdur:

333670

"44 günlük Vətən müharibəsi və sonrasında baş verən bir sıra hərbi qarşıdurmalar bu ölkənin real hərbi gücünü gözlər önünə sərdi. Lakin buna baxmayaraq, Nikol Paşinyanın hərbi hazırlıqları diqqət çəkir. Hesab edirəm ki, bu hazırlıqlar Ermənistanın müharibəyə yox, Azərbaycanı təxribatlara çəkmək üçün edilən hazırlıq idi. Yəni rəsmi İrəvan Azərbaycanla gərginlik yaradıb ordumuzu Ermənistanın içərisinə çəkmək istəyir. Onlar bununla həm bizə qarşı beynəlxalq təzyiq yaratmaq, həm də sanksiyalar başlatmağı hədəfləyirlər".

Lakin ekspert vurğulayıb ki, Ermənistan məqsədlərinə nail ola bilməyəcək:

"Azərbaycan Ermənistanı çox yaxşı tanıyır və bu kimi planlara qarşı hər zaman hazırlıqlıdır. Hesab edirəm ki, gərginlik olsa bu, belə Ermənistan ərazisinə siraət etməyəcək. Yəni rəsmi Bakı Ermənistanın istədiyi kimi səhv addımlar atmayacaq".

Pərviz

0