Elektrik avtomobilləri uşaqları astma və bronxitdən xilas edəcək - Alimlər

HƏRBİ
22:53 / 21.02.2024
242

Elektrikli nəqliyyat vasitələrinə kütləvi keçid bütün dünyada insanların, xüsusən də tənəffüs yolları xəstəliklərinə meyilli olan uşaqların sağlamlıqlarına böyük fayda gətirəcək. 

HİT.az xəbər verir ki, bu barədə Amerika Ağciyər Assosiasiyasının hesabatında deyilir.

"Elektrikli nəqliyyat vasitələrinə keçid uşaqlara xüsusi təsir göstərəcək, çünki onların bədəni böyüklərdən fərqli olaraq inkişaf edir. Yetkinlik yaşına çatmayanlar çirkli havadan daha çox risk altındadırlar, çünki onların ağciyərləri hələ də böyüyür", deyə Amerika Ağciyər Assosiasiyasının təmiz hava üzrə milli vitse-prezidentinin köməkçisi Laura Kate Bender izah edib.

Qeyd edilir ki, 2035 və 2040-cı illərdə ABŞ-da satılan bütün yeni avtomobillər və yük maşınları tullantılardan təmizlənsə, uşaqlar arasında astma 2,7 milyon, kəskin bronxit isə 147 min az olacaq. Elektrikli avtomobillərə keçid həmçinin yetkinlik yaşına çatmayanlar arasında 2,7 milyon yuxarı tənəffüs yolları xəstəliklərinin və 1,9 milyon aşağı tənəffüs yollarının xəstəliklərinin qarşısını alacaq.

Samir

0