“Evfemiya” MMC-yə istehlakçı hüquqlarını məhdudlaşdırıb? - Protokol tərtib edildi

ÖLKƏ
20:59 / 15.07.2026
45

“Evfemiya” MMC barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı inzibati xəta qeydə alınıb.

Məlumata görə, şirkət tərəfindən istehlakçıya təqdim olunan satış qəbzinə qanunvericiliklə müəyyən edilmiş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edilib.

Hadisə 16 iyun 2026-cı il tarixində qeydə alınıb.

Şirkətin bu hərəkəti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi (istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) ilə protokol tərtib edilib.

Abbas

0