Müdafiə Nazirliyində yeni təyinat

HƏRBİ
17:40 / 24.05.2024
274

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinə yeni rəis təyin edilib.

HİT.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Rəşad Babayev təyin edilib.

Məlumatı Müdafiə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.az yayıb.

0