İDMAN
13:52 / 25.07.2021
382

Dünya Kuboku, 1/8 final: Vasif Durarbəyli Hindistan şahmatçısına qarşı

Rusiyanın Soçi şəhərində şahmat üzrə Dünya Kuboku davam edir.

Fanat.Az xəbər verir ki, bu gün beşinci mərhələyə start veriləcək.

Turnirdə mübarizəni davam etdirən yeganə təmsilçimiz Vasif Durarbəyli də 1/8 final çərçivəsində ilk görüşünü keçirəcək. Bu mərhələyə qədər Dmitri Skliyarov (Finlandiya), Aleksandr Predke (Rusiya), David Navara (Çexiya) və Nodirbek Abdusattorovu yolundan uzaqlaşdıran 29 yaşlı qrossmeysterimiz, hindistanlı Santoş Vidit Qudjarati ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qarşılaşma Bakı vaxtı ilə 16:00-da başlayacaq.

1/8 final, ilk görüş

Vasif Durarbəyli - Santoş Vidit Qudjarati (Hindistan)

Qeyd edək ki, mükafat fondu 1 milyon 892 500 ABŞ dolları olan Dünya Kubokuna 7 şahmatçımız (3 kişi, 4 qadın) qatılıb. Kişi şahmatçılarımızdan Nicat Abbasov və Şəhriyar Məmmədyarov 1/32-də məğlubiyyətlə üzləşiblər. Qadınların turnirindəki təmsilçilərimizdən Türkan Məmmədyarova ilə Ülviyyə Fətəliyeva ilk, Günay Məmmədzadə və Gülnar Məmmədova üçüncü mərhələdə(1/16 final) uduzaraq mübarizəni dayandırıblar.

0