"Qarabağ" AEL-i keçsə...

İDMAN
16:24 / 02.08.2021
1506

“Qarabağ”ın avrokuboklardakı növbəti mümkün rəqibi bəlli olub.

HİT.az-ın məlumatına görə, Konfrans Liqasının III təsnifat mərhələsində AEL (Kipr) ilə üz-üzə gələcək Ağdam klubunun pley-offdakı potensial rəqibi bilinib.

Bu gün keçirilən püşkatmanın nəticəsinə əsasən “Qarabağ” - AEL cütünün qalibi “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) qarşılaşmalarında üstün olan komanda ilə qarşılaşacaq. Təmsilçimiz pley-offa yüksəlsə, ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 5-də və 12-də, pley-offda 19-da və 26-da baş tutacaq.

0