Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Parisdə keçirilən "Böyük dəbilqə” turnirinin qalibi olub.
Həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayevi məğlub edən cüdoçumuz nüfuzlu yarışın qızıl medalını qazanıb.
Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir./Unikal.org