Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu (Şükürov) haqqında məqalə hazırlayıb.
Hit.az
Əşrəfoğlunun Bakıya səfər zamanı İJF prezidenti Marius Vizerdən müsahibə alan ilk yerli jurnalist olduğu vurğulanıb: "Elnur karyerası ərzində 1996-cı il Atlanta olimpiadasından Tokio-2020 Yay Olimpiya Oyunlarınadək bir çox olimpiadalara qatılıb və 100-dən çox ölkəni ziyarət edib. İngiltərənin "Liverpul" klubunun çılğın azarkeşi idi. Klubun "heç vaxt tək gəzməyəcəksiniz" şüarı onun şüarı oldu. Həmişə gülümsəyərək hər kəsə problemləri həll etməyə kömək edərdi".
Mətndə İJF-nin Media komandasından Pedro Lasuenin də Elnur Əşrəfoğlu ilə bağlı fikirləri yer alıb.
Son olaraq bildirilirb ki, onun üçün həm Azərbaycanda, həm də dünyada cüdo ailəsində çox darıxacaqlar.
İJF mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib: "Hörmətli Elnur, heç vaxt tək gəzməyəcəksiniz".