Emin Salmanov "Neftçi"dən kənarlaşdırıldı

İDMAN
14:07 / 09.01.2022
1613

"Neftçi"nin aşağı yaş qurplarından birində baş məşqçi dəyişikliyi baş verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, U-11-in baş məşqçisi Emin Salmanov postundan qovulub.
Onun ümumiyyətlə klubdan uzaqlaşdırıldığı bildirilir.

Artıq komandanın yeni baş məşqçisi də müəyyənləşib. "Səbail"in müvafiq yaş qrupundan ibarət komandasının çalışdırıcısı Mahmud Əhmədov bundan sonra karyerasını "Neftçi"də davam etdirəcək.

0