İDMAN
18:31 / 18.01.2022
294

Azərbaycanlı futbol məşqçisi dünyasını dəyişdi - FOTO

"Vətən" futbol məktəbinin məşqçi-müəllimi Zəfər Hüseynov vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb.

Bildirilib ki, məşqçi dünən 41 yaşında dünyasını dəyişib.

Vaxtilə AZAL-ın, "Keşlə"nin aşağı yaş qruplarından ibarət komandalarını çalışdıran Hüseynov qaraciyərində yaranan xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Zəfər Hüseynov veteran futbolçu Nazim Süleymanovun yaxın qohumudur.

Allah rəhmət eləsin!

1