"Qarabağ" "Keşlə"yə qalib GƏLDİ

İDMAN
19:48 / 01.02.2022
1273

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Hit.az xəbər verir ki,  günün ilk oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu 56-cı dəqiqədə İbrahima Vadji vurub.

0