"Qarabağ" Macarıstan klubuna qarşı

İDMAN
09:45 / 03.08.2022
1547
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
 
HİT.az xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.
 
Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.
 
Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.
 
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun
 
3 avqust
20.00 Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan)
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (İsveç).
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (Niderland).
Tofiq Bəhramov adına Respublika stadionu.
 
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.
0