İDMAN
14:26 / 26.08.2022
855

ÇL: Azərbaycan təmsilçisinin rəqibləri bəlli oldu

Minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

HİT.az xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən mərasimdə Azərbaycanın "Beerbaşa” komandasının də rəqibləri bəlli olub.

Azərbaycan təmsilçisi B qrupunda Rumıniyanın "AEK Oradea”, Bolqarıstanın "DXC Technology” və Çexiyanın "La Plate de Künde Praqa” komandaları ilə mübarizə aparacaq.

Qitənin 15 ölkəsindən 24 komandanın qatılacağı turnir 31 avqust-4 sentyabr aralığında Monteneqronun Herseq-Novi şəhərində yerləşən "Polino Arena”da keçiriləcək. Sayca beşinci dəfə keçiriləcək ÇL-də Azərbaycanı təmsil edəcək "Alfa Fire” liqanın son qalibi "Beerbaşa” avqustun sonunda Bakı-İstanbul-Podqoritsa reysi ilə sözügedən ölkəyə yollanacaq.

0